Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, o, Şarm əl-Şeyxdəki “Four Seasons” otellər şəbəkəsinin genişləndirməsini planlaşdırır.
Milyarder Əlvalidin investisiyası çərçivəsində Misirin Aralıq dənizi sahillərində yerləşən əl-Alameyn şəhərində və Qahirənin şərq hissəsində yerləşən Mədinət rayonunda 2 yeni otelin tikiləcəyi bildirilir.
Ümumiyyətlə, Əlvalid Misirin müxtəlif yerlərində 40 otelə sahibdir. Hazırda 18 yeni otel də tikilmə mərhələsindədir.
Qeyd edək ki, iyunda Misir uzunmüddətli investisiya qoyuluşu haqqında qanunu təsdiq edib. Bu qanun 2011-ci ildən ölkədə yaranmış iqtisadi durğunluğa canlanma gətirmək məqsədi daşıyır.