9 Avqust 2017 21:58
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Viareco şəhərinin meri Corco del Qinqaro şort geyindiyi üçün restorandan çıxarılıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Corco del Qinqaronun özü feysbuk səhifəsində yazıb. Qeyd edib ki, bir neçə gün əvvəl dostları ilə restoranlardan birində şam etmək qərarına gəlib.

Masada oturar-oturmaz xidmətçi merə "siz bizim dress-kodu pozmusuz" deyərək bayıra çıxmasını xahiş edib.

Corco del Qinqaro xahişi yerinə yetirməli olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər