10 Avqust 2017 19:55
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə polislərin bir-birini "patron", "başqan", "abi", "kanki", "kral", "abla", "hacı", "toprağım" deyə çağırmaları qadağan edilib. Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Çevik Polis Alayında polislərin bir-birinə xitab edərkən yuxarıdakı xitablardan istifadəni qadağan edib.

Təlimatda bildirilir ki, qeyri-rəsmi çağırışlar polislər arasında diskriminasiyaya səbəb olur. Polislər onlarla eyni ildə işə qəbul olunan həmkarlarına "Devrem", əvvəlki ildə polisdə işə düzələnləra "üst devrem", sonradan xidmətə başlayanlara isə "Alt devrem" deyə müraciət edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər