12 Avqust 2017 17:54
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp venesuelalı həmkarı Nikolas Maduro ilə telefon danışığından imtina edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tramp bu ölkədə demokratiya bərpa edilməyənədək Maduro ilə danışmayacağını deyib.

Xatırladaq ki, Venesuelada Prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək, ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək.


Müəllif: Samir

Oxşar xəbərlər