Teleqraf.com xəbər verir ki, Suriya dövlətinin başçısı Bəşər Əsədi qorumaq məqsədilə bir neçə həftə əvvəl İranın Əndimeşk şəhərindən Suriyaya ezam edilən SEPAH polkovniki avqustun 12-də bu ölkədə Əsədə qarşı vuruşan müxalif qüvvələrlə qarşıdurmada öldürülüb. Onun Suriyanın konkret hansı bölgəsində həlak olduğu mediaya açıqlanmayıb. SEPAH hərbçisinin cənazəsinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.
Qeyd edək ki, İran Bəşər Əsəd rejiminin əsas sponsoru və mühüm himayədarlarından sayılır. Son illər Suriya hökumətinə hərbi yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə SEPAH-çı Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə SEPAH-ın İranda qaçqın həyatı yaşayan Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.