Finlandiyanın Turku çəhərində baş verən silahlı hücumda şübhəli bilinən mərakeşlinin adı Abdul Rəhmandır.
Teleqraf.com-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, bu adda bir gəncin 2016-cı ildə Finlandiya ərazisindən köcdüyü məlum olub. Lakin onun yenidən ölkəyə necə qayıtdığı bəlli deyil.
Məlumata görə, həmin gənc Pansiodada qaçqınların qəbul olunduğu məkanda yaşayıb. Miqrantlar mərkəzində Abdul Rəhman haqda danışanlar onun qapalı və depressiv biri olduğunu deyiblər. O, çox vaxt tək gəzib və heç kimlə ünsiyyət qurmurmuş. Gününün çoxunu yaxınlıqdakı barlarda və oyun avtomatlarında keçirirmiş: "Baxmayaraq ki, o gənc idi, onu qızlar maraqlandırmazdı. Onu heç zaman əlində telefonla görə bilməzdin. O, çox sakit və təmkinli görünürdü. Adama elə gəlirdi ki, o, öz aləmindədir".
Xatırladaq ki, Turkuda bir nəfər küçədən ötənlərə bıçaqla hücum edib. İnsident zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.