25 Avqust 2017 11:41
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilməsinə dair bildiriş almadığını və Kiyevə qayıtmaq niyyətində olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Russian Today” siyasətçiyə yaxın şəxsə istinadən məlumat yayıb.

“Siyasətçi (Saakaşvili nəzərdə tutulur) Ukrayna vətəndaşlığından məhrum edilməklə bağlı heç bir bildiriş almayıb və eks-qubernatorun Odessadakı yoldaşları əmindirlər ki, müvafiq məktub Dövlət Sərhəd Xidmətinə göndərilməyib”, - deyə mənbə bildirib. “Russian Today”ın həmsöhbəti Saakaşvilinin həqiqətən də Ukraynaya qayıtmağı planlaşdırdığını, burda siyasi karyerasını davam etdirəcəyini qeyd edib.

M.Saakaşvili bir müddət öncə sentyabrın 10-da Polşa ərazisindən Ukraynaya qayıdacağını açıqlayıb. Onun rəhbərlik etdiyi “Yeni qüvvələr hərəkatı” partiyasının üzvləri öz liderlərini Ukrayna sərhədində qarşılamaq niyyətində olduqlarını bəyan ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər