30 Avqust 2017 16:00
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı son 3 ildə 250 milyard dollar maliyyə itirərək son 6 ilin ən pis göstəricilərinə yaxınlaşıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Səudiyyənin bu qədər maliyyə itirməsinin səbəbi kimi Qətər böhranı və hərbi xərclərin çoxalması göstərilir.

Səudiyyə Ərəbistanı maliyyə agentliyinin rəsmi hesablarına əsasən, ölkənin maliyyə varlığında pul kütləsi 14 ay boyunca sabit şəkildə azalıb. Qeyd edilib ki, bu rəqəm son altı ildə ən aşağı səviyyədədir. Rəsmi rəqəmlərə görə, Səudiyyə Ərəbistanı Maliyyə Ehtiyat Fondu 932 milyard ritüeli, yəni 249 milyard dollar itkiyə məruz qalıb.

Dünyanın ən zəngin neft ölkəsində bu qədər maliyyə itkisinə səbəb kimi Qətər böhranı, Yəməndə aparılan hərbi kampaniya və dünya bazarında neftin qiymətinin ucuzlaşması göstərilir.


Müəllif: Cavad

Oxşar xəbərlər