Fransa prezidenti Emmanuel Makron Bəşər Əsədlə bağlı mövqeyini dəyişir.
Teleqraf.com xəbər verir ki, Makran daha öncə Əsədin hakimiyyətdən getməsinin Fransa üçün o qədər də vacib olmadığını, əsas hədəfin İŞİD olduğunu vurğulamışdı. Amma bu gün Fransanın xarici işlər naziri Jen-Yves Le Drian Əsəd ilə sülhün mümknsüz olduğunu vurğulayıb.
"Suriya münaqişəsinin həlli üçün yeni seçkilərə ehtiyac var. Keçid hökumətində Əsəd təmsil oluna bilməz", deyə nazir vurğulayıb.
Qeyd edək ki, Türkiyə, İran və Rusiyanın liderliyilə həyata keçirilən Astana görüşlərində Suriyadakı münaqişənin həlli üçün Əsədlə əməkdaşlıq vacib xətt kimi götürülüb.