Son günlər ballistik raket sınaqları ilə dünyanı təngə gətirən Şimali Koreyada 5,6 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Geologiya İnstitutu Şimali Koreyada 5,6 bal gücündə zəlzələbə baş verdiyini açıqlayıb. Zəlzələ Şimali Koreyanın raket sınaqları keçirdiyi zaman yaşanıb.
Qeyd edək ki, bir çoxları hesab edirlər ki, bu təbii zəlzələ deyil. ABŞ-ın Geologiya İnstitutuda hesab edir ki, söhbət süni yaradılan zəlzələdən gedə bilər. Xüsusilə zəlzələnin ballistik raketl sınağı zamanı baş verməsi diqqətə alınır.