3 Sentyabr 2017 17:59
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada siyasi partiyalar və liderlər Bundestaq seçkilərinə ciddi hazırlaşırlar.

Teleqraf.com xəbər verir ki, bu axşam alman siyasətinin iki mühüm təmsilçisi televiziya kanalında debata çıxacaq.

Söhbət Almaniyanın yeni kansleri olmağa iddialı Angela Merkel və Martin Şultsdan gedir. Onların debatını Qərb mediası duel kimi təqdim edir.

Xarici medianın xəbərinə görə, hər iki lider həftələrdir ki, bu debata ciddi hazırlaşır. Seçkilərə üç həftə qalmış onların televiziya debatının mühüm əhəmiyyəti var. Çünki debat seçki kampaniyasının dönüş nöqtəsi kimi qiymətləndirilir.

Xristian Demokratlar Partiyasının rəhbəri Angela Merkelin bu seçkilərdə əsas rəqibi Sosial Demokratlar Partiyasının rəhbəri Martin Şults hesab olunur. Martin Şults debata hazırlıq səbəbindən iki gündür ki, seçki kampaniyasını dayandırıb.
ARD, ZDF, RTL və Sat1 kanallarında yerli vaxtla axşam saat 20:15-də (Bakı vaxtı ilə 22.15-də) başlayacaq debatın 90 dəqiqə çəkəcəyi bildirilir. Bu zaman liderlərin hər biri Almaniyanın daha yaxşı kansleri ola biləcəyinə seçiciləri inandırmağa çalışacaq.

Kansler olmağa iddialı olan liderlər daha çox miqrasiya problemlərindən, xarici siyasətdən, sosial ədalət və daxili təhlükəsizlik məsələlərindən danışacaq.

Debatdakı vacib mövzulardan biri də Almaniya-Türkiyə əlaqələri olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər