Gürcüstan rəhbərliyi sabiq prezident Mixail Saakaşvilinin ekstradisiyası ilə bağlı Urayna hökumətinə rəsmi müraciət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Ədliyyə nazirinin müavini Sergey Petuxov məlumat verib.
O bildirib ki, bu müraciət əsasaən, Saakaşvili Ukrayna sərhədini keçən kimi saxlanılacaq və Gürcüstana təhvil veriləcək.
Qeyd edək ki, Ukrayna Prezidenti Petro Poroşenko iyulun 26-da Saakaşvilinin vətəndaşlıqdan çıxarılması ilə bağlı qərar qəbul edib.