9 Sentyabr 2017 16:27
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Federal Apelyasiya Məhkəməsi Trampın mühacirlərlə bağlı daha bir qərarına qarşı hökm çıxarıb.

Teleqraf.com xəbər verir ki, Tram administrasiyasının 6 müsəlman ölkəsinin vətəndaşları ilə bağlı tətbiq etdiyi qadağaları məhkəmə ədalətli hesab etməyib.

Qeyd edək ki, yeni administrasiya ABŞ-da yaşayan immiqrantların babası, nənəsi, əmioğlusu kimi birinci dərəcəli qohumlarının Amerikaya səyahət etməsinə qadağa tətbiq edib.

Federal Apelyasiya Məhkəməsi isə bu qadağanı əsaslı hesab etməyib.

Qərar faktiki olaraq Tramp hökumətinin İran, Liviya, Somali, Suriya və Yəmən vətəndaşlarına tətbiq edilən 90 günlük səyahət qadağasına məhkəmə sisteminin yeni zərbəsi hesab olunur.

Bun ilin 26 iyununda ABŞ Ali Məhkəməsi “Yaxın ailə bağı” şərtini irəli sürərək Tramp administrasiyasının məlum qərarının tətbiqi üçün imkanlar tanımışdı. Havayda federal məhkəmə isə “yaxın ailə bağının” birinci dərəcəli qohumların siyahısını genişləndirərək məlum qərarı etibarsız hesab edib.

Tramp hökuməti federal məhkəmənin bu qərarını etirazla qarşılayıb.


Müəllif: Cavad