Almaniya kansleri Angela Merkel seçki kampaniyası çərçivəsində rəhbəri olduğu Xristian Demokrat Partiyasının təbliğatını davam etdirir.
Teleqraf.com xəbər verir ki, Mecklenburq şəhərində mitinqə qatıldığı zaman kansler avtomobili pomidor atəşinə tutulub.
Polisin məlumatına görə, hadisə Merkelin avtomobili mitinq təşkil edilən əraziyə daxil olduqda baş verib.
Mitinq zalının qarşısına təxminən 150 nəfər toplaşıb, onların arasındakı aşırı sağçı qrup Merkelə etiraz edib.
Xatırladaq ki, bir neçə gün öncə Angela Merkel başqa bir şəhərdə təşkil edilən mitinqdə çıxış edərkən də ona pomidor atılıb. Bununla da alman siyasətinə pomidor etirazı termini gətirilib.