Fransanın şimalında naməlum şəxslər 2-i uşaq olmaqla, 4 nəfəri güllələyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Həlak olanlar yerli sakinlərdən olan bir qadın və onun 3, 5 yaşlı uşaqlarıdır. Məlumata görə, öldürülən 4-cü şəxs ailənin dostudur.
İlkin xəbərdə bildirilir ki, hadisəni törədənlər 2 nəfər olub. Onlardan biri qətldən sonra intihar edib. İkinci cinayətkar isə hadisə yerindən qaçıb.
Hadisənin baş verdiyi ərazi əhatəyə alınıb. Stansiya ərazisində vertolyotla müşahidə aparılır, əraziyə silahlı jandarmlar cəlb edilib.