11 Sentyabr 2017 18:17
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanma hökuməti Rohiniya Azadlıq Ordusu (ARSA) tərəfindən Arakanda elan edilən birtərəfli atəşkəs rejimini rədd edib. Hökumət bəyan edib ki, terrorçularla iş birliyinə getməyəcək.

Teleqraf.com xəbər verir ki, ARSA Tvitter hesabında bildirib ki, Rohiniya Azadlıq Ordusu Arakan əyalətində müvəqqqəti atəşkəs elan edir. ARSA etnik və dini mənsubiyyətindən asılı olmayaraq, böhrandan əziyyət çəkən bütün tərəflərə və qurbanlara humanitar yardım edilməsini dəstəkləyib və atəşkəsin oktyabrın 9-a qədər davam edəcəyini elan edib.

Lakin Myanma hökumətinin sözçüsü Zav Htay bəyan edib ki, hökumət terrorçularla əməkdaşlıq etmək niyyətində deyil.

Bu arada Tibetin dini lideri Dalay Lama Myanmada müsəlmanların öldürülməsi və təzyiqlərə məruz qalması barədə ilk dəfə danışıb.

Əhalisinin əksəriyyətini buddistlər təşkil edən Myanmardakı vəziyyətlə bağlı Dalay Lama bildirib ki, müsəlmanlara kömək edtmək lazımdır: “Mən çox kədərliyəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər