Bağdadın mərkəzi cinayət məhkəməsi Rusiya vətəndaşının edam edilməsinə qərar verib.
Teleqraf.com-un "RİN Novosti"yə istinadən xəbərinə görə, İŞİD üzvü olan həmin şəxs asılacaq.
"Mərkəzi cinayət məhkəməsi İŞİD-in Əz-Zərkayi briqadasının üzvü olan rusiyalının işinə baxıb və onun barəsində edam qərarı verib", - İraqın Ali Məhkəmə Şurasının nümayəndəsi bildirib.
Qeyd edək ki, edam ediləcək rusiyalı Mosul azad edilərkən, saxlanılıb.
Rusiya səfirliyi isə bu ölkənin vətəndaşı barəsində İraqda ölüm hökmü çıxarılmasından xəbərsiz olduğunu bildirib.