ABŞ Qətər böhranına baxmayaraq, bazalarını bu ölkədən çıxarmaq niyyətində deyil.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Silahlı Qüvvələrinin komandanı Cozef Votel danışıb.
Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə olunmur.
Votel Türkiyənin Qətərdəki hərbi varlığından xəbərdar olduqlarını bildirib. O qeyd edib ki, bu, Vaşinqtonu narahat etmir:
“Türkiyə NATO müttəfiqidir. Türkiyə Silahlı Qüvvələrinin Qətərdəki varlığından narahat deyilik. Ancaq İranı Türkiyədən fərqləndiririk. İranın hərbi varlığı bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlib”.