16 Sentyabr 2017 00:18
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Şəfəq Pavey mandatından imtina edib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, xanım deputat səhhətindəki problemlərlə əlaqədar deputatlıqdan istefa verdiyini açıqlayıb.

Mediaya açıqlamasında 2011-ci ildən siyasətdə olduğunu, bu müddət ətzində seçiciləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışdığını bildirib. Fasiləsiz və gərgin iş rejimi şəraitində çalışdığı müddətdə səhhətində problemlər yarandığını qeyd edən deputat ciddi müalicə almalı olduğunu deyib. O, seçicilərə və partiyanın lideri Kamal Kılıçdaroğluna, o cümlədən partiyadaşlarına təşəkkür edərək deputat olmadığı müddətdə də mübarizəsinə davam edəcəyini vurğulayıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər