İraqın Mosul şəhərinin Sincar rayonunda PKK terror təşkilatı ilə Haşdi Şabi silahlı qrupu arasında döyüş olub.
Teleqraf.com xəbər verir ki, döyüş zamanı 3 nəfər öldürülüb, 7 nəfər yaralanıb.
Məlumata görə, tərəflər arasında döyüşə səbəb PKK terror təşkilatının üzvlərinin Sincar rayonunda Haşdi Şabi qruplaşmasına məxsus olan keşikçi kəndi keçmək istəyi olub.
Öncə PKK-nın bu niyyəti rədd olunub. Daha sonra tərəflər arasında silahlı qarşıdurma baş verib.
Məlumat üçün qeyd edək ki, PKK terrorçuları 2014-cü ildə yezidi kürdlərin İŞİD-in hücumlarına məruz qalnası bəhanəsi ilə bu ərazilərdə yerləşə bilib.