İraq Kürüstanı müstəqillik referendumuna hazırlaşdığı zamanda Tehrandan olan nümayəndə heyəti Ərbilə son təkliflərini çatdırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təkliflər Türkiyə, İran və İraq arasında razılaşdırılmış formada hazırlanıb.
İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani təklifləri qəbul etdikdən sonra dünənə planlaşdırılan mətbuat kofransına bu günə qədər təxirə salıb.
Bərzaniyə təqdim olunan təklif 3 maddədən ibarətdir. Bunlardan birincisi müharibə gedən zonalarda və İraq Kürd Muxtariyyətində refeendumun keçirilməsi və döyüşlərin başlanmasıdır.
İkinci şərt kimi referendumun yalnız İraq Kürdüstanında keçirilməsi, üçüncüsü isə referendumun ləğv edilməsidir.
Bərzaninin bu gün qərarını açıqlayacağı bildirilib.