Mark Zukerberq yaxın ilyarımda qurucusu və sahibi olduğu Feysbuk sosial şəbəkəsinin səhmlərinin 75 milyon dollarlıq hissəsini satışa çıxarmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkə böyük gəlirlərə malikdir. Mark Zukerberq səhmlərinin 75 milyon dollarlıq hissəsini satarsa, bu ona 12,7 milyarda yaxın gəlir gətirəcək.
Açıqlamaya görə, Mark Zukerberq ilk addım olaraq səhmlərinin 35 milyon dollarını satacaq, bu, əlavə 6 milyard dollar qazanc deməkdir. Səhmlərinin müəyyən hissəsindən qazanılan milyardlar isə xeyriyyə fonduna köçürüləcək.
Qeyd edək ki, Mark Zukerberq və həyat yoldaşı 2015-ci ildə Çan Zukerberq adlı xeyriyyə fondu qurublar.
Mark şirkətinin səhmlərinin müəyyən hissəsini satsa belə, yenə də səhmlərin böyük hissəsinin sahibi olacaq və Feysbuka nəzarət funksiyasını əlində saxlayacaq.