Rusiya Baş naziri Dmitri Medvedev sentyabrın 29-da Moskvada Qırğızıstanın Baş naziri Sapar İsakovla görüşəcək.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, görüşdə Avrasiya İqtisadi İttifaqına qarşılıqlı inteqrasiya məsələləri müzakirə ediləcək.
Görüşdə həmçinin ikitərəfli əlaqələr, iqtisadi-ticarət, investisiya, enerji, mədəni-humanitar əməkdaşlıq da müzakirə olunacaq.