Güney Azərbaycanda Urmiya şəhərinin 3 nömrəli məntəqəsinə bələdiyyə başçısı postuna yeni təyinat olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tehran hökumətinin təyin etdiyi bələdiyyə başçısı milliyyətcə kürddür.
İraq Kürdüstanında separatçı referendumun keçirildiyi və kürd terror qruplaşmalarının Güney Azərbaycanın qərb bölgəsinə gülünc iddia irəli sürdüyü bir vaxtda bu qərar narazılıqla qarşılanıb.
Bu təyinatın kürdləşdirmə hədəfinə xidmət etdiyi kimsədə şübhə doğurmur.
Qeyd edək ki, PKK, PJAK kimi terror qruplaşmaları Güney Azərbaycanın qərb bölgəsində etnik balansı dəyişməklə bu ərazini xəyali Kürdüstanın bir hissəsinə çevirmək istəyirlər.