Yaponiyada ər və sevgililərini zəhərləyərək öldürən və mirasdan milyonlar qazanan Qara Dul asılacaq.
Teleqraf.com xəbər verir ki, söhbət dünyada ən uzun məhkəmə prosesində ittiham edilən Çisako Kakehi adlı xanımdan gedir.
70 yaşlı Qara Dul həyat yoldaşlarını və 2 sevgilisini öldürməkdə, başqa bir sevgilisini isə öldürməyə cəhddə ittiham edilir. Kyato Məhkəməsi onun asılaraq öldürülməsi barədə hökm çıxarıb.
Vəkillər qadının xəstə olması səbəbindən cinayət işinin dayandırılmasını tələb etsələr də, məhkəmə tələbi rədd edib.
135 gün çəkən məhkəmə prosesi Yaponiyada 2009-cu ildən bu yana ən uzun məhkəmə prosesi hesab olunur.
Məhkəmə hesab edir ki, Qara Dula pul hərisliyi güc gəlib, ona etibar eləmiş qurbanlarını da bu məqsədlə öldürüb. Acgöz qadın 10 il ərzində 8,8 milyon dollar ələ keçirib. Onun evində öldürdüyü şəxslərin bəzi əşyaları tapılıb.
Məhkəmədə danışmaqdan imtina edən Qara Dul 2013-cü ildə dördüncü ərini öldürdüyünü etiraf edib.
Yapon mediası bildirir ki, Qara Dul: “Onu öldürdüm, çünki başqa qadınlara milyonlar verdi, məndənsə əsirgədi” deyib.
Məhkəmədə Qara Dul son nitqində bildirib: “Asılsam, gülərək öləcəm”.