8 Noyabr 2017 20:27
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Komissiyasının başqanı Jean-Klaude Junker suriyalı miqrantlara sığınacaq verdiyi üçün Türkiyəyə vəd olunan yardımı ödəyəcəklərini bəyan edib.

Teleqraf.com xəbər verir ki, Junker Bolqarıstanın baş naziri Boyko Borisovla görüşdən sonra mətbuata açıqlama verib. Jurnalistin uyğun sualına cavab olaraq başqan qeyd edib ki, Türkiyəyə əvvəlldən 3 milyard avro vəd olunub və qarşıdakı illərdə həmin vəsait axtarılacaq: "Türkiyə ilə ən yaxşı münasibətləri qurmaq istəyirik. Amma Türkiyə hazırda Avropadan uzaqlaşdığı üçün bu, mümkün deyil".

Junker qeyd edib ki, hazırda Türkiyəyə vəd olunan pulun verilməsi üçün yardım fondları axtarılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər