Dünyada həbsxanada olan qadınların sayı artır.
Teleqraf.com xəbər verir ki, Londonda Kriminal Siyasət Araşdırma İnstitutu bu mövzuda apardığı tədqiqatın nəticələrini açıqlayıb.
Məlum olub ki, 2000-ci ildən bu yana qadın məhkumların sayı 50 faiz artıb.
Hazırda dünya çapında 714 min qadın həbsxanalardadır. Son 17 ildə qadın məhkumların sayı bütün cinayətlər istiqamətində artan xəttlə irəliləyib. Ən böyük artım baş verən ölkələr siyahısında Braziliya, İndoneziya, Flippin və Türkiyə yer alır.
Ən çox qadının həbs olunduğu ölkə isə ABŞ və Çindir. Çin həbsxanalarında 100 mindən çox qadın məhkum var. ABŞ isə siyahıya liderlik edir.
Dünyada hələlik barəsində məhkəmələr tərəfindən hökm veriməyən qadınların sayında 6,9 faiz artım müşahidə olunur.