9 Noyabr 2017 21:10
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Amerika Rusiyaya məxsus TV-lərin yayımlanmasını qadağa edəcəksə, biz də CNN-in kommersiya və kabel televiziya paketlərinə qanuni qadağa qoyacağıq.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Rusiy Dövlət Dumasının üzvü İqor Morozov deyib:

“CNN faktiki olaraq Rusiya əleyhinə məlumatlar yayır. CNN-in istənilən yayım şəbəkəsinə və kabel televiziya paketlərinə qarşı qadağa tətbiq edilə bilər”.

Xatırladaq ki, ABŞ-da Rusiya dövlətinin video məzmunlu materialların distribütor şəbəkələrinə daxil edilməsini yasaqlayan qanun qəbul edilib. Layihədə Rusiyaya aid televiziya kanallarının yayımlanmasına icazə verilmir.


Müəllif: Cavad

Oxşar xəbərlər