Fransanın Reyms şəhərində dəmiryolu vağzalı boşaldılıb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, buna səbəb Parisə gedən qatarın vaqonunda sərnişinlərdən birinin vaxtı soruşan digər sərnişinə "hələ partlayışa qədər vaxt var" deməsi səbəb olub. Qatarın sərnişinləri bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Partlayış anonsu verən şəxs saxlanılıb və sorğu-suala tutulub.
Eyni zamanda vağzaldan insanlar təcili təxliyə edilib, qatarların hərəkəti dayandırılıb. Şəhər vağzalının ərazisində partlayıcı qurğunun olub-olmaması yoxlanılıb. Hüquq-mühafizə orqanları bu sözlərin uğursuz zarafat olduğunu bildiriblər.