12 Noyabr 2017 13:21
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da həbs olunmuş iş adamı Rza Zərrabın azadlığa buraxılması iddiaları yayılıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, R.Zərrab ABŞ Həbsxanalar Bürosunun saytında yenidən “azadlığa buraxıldı” statusunda göstərilib. Biznesmenin noyabrın 8-də həbsdən azad edildiyi və “ağdərili kişi” məlumatı sistemdə qeyd olunub.

Nyu York Cənub Region Prokurorluğu tərəfindən isə saytda qeyd olunan məlumatların texniki səhv olduğu və məsələnin araşdırılacağı bəyan edilib.
Qeyd edək ki, iş adamı ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqonu pozma və qeyri-qanuni yolla pul transfer etmə maddələri ilə 19 mart 2016-cı ildə tətil üçün getdiyi sözügedən ölkədə həbs olunub.


Müəllif: İlhamə Əbüfət

Oxşar xəbərlər