22 Noyabr 2017 14:17
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani Rusiyaya səfər edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, İran, Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşündə iştirak etmək üçün bu ölkəyə gəlib.

Ruhani jurnalistlərə açıqlamasında bugünkü görüşdən gözləntilərini açıqlayıb: “Ümid edirəm ki, Soçi görüşündə Suriyanın gələcəyi üçün lazım olan qərar qəbul ediləcək. Suriyanın gələcəyi xarici dövlətlərin deyil, xalqın əlindədir”.

Ruhanini Soçidə İranın Moskvadakı səfiri qarşılayıb.

Qeyd edək ki, görüş zamanı Suriya məsələsi müzakirə ediləcək.


Müəllif: Samir

Oxşar xəbərlər