22 Noyabr 2017 14:31
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin​ iclasından sonra jurnalistlərə açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan azərbaycanlı jurnalistin “Soçiyə gedirsiz. Dağlıq Qarabağ məsələsini müzakirə edəcəksizmi” sualına cavab verib:

“Ötən səfərim zamanı cənab Putinlə Qarabağ məsələsini müzakirə etdik. O, bu münaqişənin həlli üçün əlindən gələni edəcəyini dedi. Mən bu 5 rayon məsələsində daha həssas olmalarını istədim. Çünki Rusiya bölgədə Qarabağ münaqişəsini həll edə biləcək yeganə gücdür. Budəfəki səfərimdə Rusiya və İran prezidentləri ilə üçtərəfli görüş keçirəcəm. İlk fürsətdə yenə Dağlıq Qarabağ məsələsini gündəmə gətirəcəm. Çünki Dağlıq Qarabağ məsələsi bizim xüsusi məsələmizdir”.


Müəllif: Samir

Oxşar xəbərlər