Ankarada 2016-cı il dekabrın 19-da sui-qəsd nəticəsində öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun büstünün açılışı olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, açılış mərasimində Rusiyanın bu ölkədəki hazırki səfiri Aleksey Yerxov çıxış edib:
“Hara olursa-olsun mürəkkəb diplomatik əlaqələrdə o, heyrətamiz uğurlar qazanıb. Onun ölümü bizi çox məyus etdi”.
Tədbirdə Rusiya səfirliyinin əməkdaşları, Türkiyə hökumətinin nümayəndələri və diplomatlar iştirak edib.