İranda noyabr ayının 12-də baş verən zəlzələ nəticəsində ölənlərin sayı 490 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 12 min insan xəsarət alıb.
Məlumata əsasən, həlak olanların 239-u kişi, 251-i isə qadındır.
Qeyd edək ki, İranın Kermanşah əyalətində, İraqla sərhəddə noyabrın 12-si 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar başqa ölkələrdədə hiss olunub.