2 Dekabr 2017 15:37
2 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqonun İŞİD-lə mübarizə adı altında PKK/PYD terror qurumuna verdiyi silahlar Suriyanın şimalında 13 böyük anbarda saxlanılır.

Teleqraf.com xəbər verir ki, Anadolu Agentliyinin xüsusi reportyorları bölgəyə gedərək silah saxlanan yerləri müəyyən ediblər.

2016-cı ildən bu yana terror təşkilatı Suriya-İraq sərhədinin Simelka keçid məntəqəsindən, Hasekdə qurulmuş Rümeylandan, habelə Hələbin şərqindəki Harab İşk üzərindən Pentaqondan hərbi yardımlar alır.

Quru və hava nəqliyyatı vasitəsi ilə Hasekə daxil olan silah və ləvazimatlar iki istiqamətdə yerləşdirilir. Quru yolla daxil olan silahlar Fərat çayı istiqamətində paylanılır.

Ərbildən hava nəqliyyatı vasitəsi ilə gətirilən silahlar isə Hasekədəki 3 silah anbarına - Dirbasiye, Tel Beyder və Derik anbarlarına toplanır.

ABŞ-ın təhlükəsizlik qurumları hərbi yardımı ünvana çatdırmaq üçün 2 min əsgərlə 10 nöqtədə PKK/PYD terror qurumu ilə aktiv əməkdaşlıq aparır.

Maraqlısı odur ki, Pentaqonun terrorçulara göndərdiyi silahların əhəmiyyətli hissəsindən bu günə qədər istifadə edilməyib. Bu silahlar Türkiyə ilə sərhədin 21 kilometrliyində saxlanılır.

Pentaqonun PYD-yə verdiyi silahlar arasında raketlər, 80 və 120 millimetrlik toplar, MK 19 qumbaraları, M16 piyada tüfəngləri, BGM-71 tank əleyhinə silah, Yaquar tipli zirehli nəqliyyat avtomobilləri, dronlar və digər silahlardan ibarətdir.

ABŞ-ın Türkiyəyə satmaqdan imtina etdiyi FGM-148 tank əleyhinə raketlərdə PYD-yə verilib.


Müəllif: Cavad

Oxşar xəbərlər