2 Dekabr 2017 16:46
1 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kreml sarayında 2018-ci il Dünya Çempionatının püşkatma mərasiminə aparıcı Mariya Komandnayanın qapalı geyimdə çıxmasının səbəbi məlum olub.

Teleqraf.com xəbər verir ki, aparıcı bununla iranlı azarkeşlərin ricasını yerinə yetirib.

Aparıcı açıq-saçıq geyinəcəyi halda püşkatma mərasiminin canlı yayımına İranın dövlət televiziyası yasaq qoyacaqdı. Bu barədə İran tərəfi qabaqcadan xəbərdarlıq etmişdi.

Püşkatmanın nəticələrini izləmək istəyən iranlı futbol azarkeşləri sosial mediada kampaniya aparıb, rusiyalı aparıcı da onların istəyini nəzərə alaraq ekrana qapalı ziyafət geyimində çıxıb.


Müəllif: Cabbar

Oxşar xəbərlər