3 Dekabr 2017 15:54
2 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarından İsrailin paytaxtı Təl-Əvivdə etiraz aksiyaları başlayıb.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, aksiyaya 20 mindən çox nümayişçi qatılıb.

Onlar korrupsiyada ittiham olunan Baş nazir Benyamin Netanyahunun istefasını tələb ediblər.

Aksiya zamanı polislə etirazçılar arasında toqquşma baş verməyib.

Qeyd edək ki, Netanyahu korrupsiya ittihamı üzrə 6 dəfə polis tərəfindən sorğu-sual edilib.


Müəllif: Samir

Oxşar xəbərlər