"Bəzi iş adamları sərvətlərini xaricə daşımaq istəyirlər. Onlar vətən xainləridir, buna icazə vermək olmaz".
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Onun sözlərinə görə, Türkiyədə qazanılan pulu xaricə daşımaq vətənə xəyanətdir: "Hökumət bu məsələ ilə ciddi məşğul olmalıdır. Mərkəzi Bankın büdcəsi 27,5 milyard idi, indi 117 milyard lirədir. Şərtlər necə olur, olsun, büdcə artacaq".