Ukrayna Baş prokuroru Yuri Lutsenko ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) ittiham edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, yerli Anti-korrupsiya idarəsinin MKİ ilə əməkdaşlığını qanunsuz adlandırıb:
“Xarici kəşfiyyat idarəsi əməkdaşlarına Ukrayna ərazisində əməliyyat aparılmasına icazə verilməsi yerli qanunvericiliyin kobud surətdə pozulması deməkdir”.
Bununla o, Ukrayna Anti-korrupsiya idarəsinin rəhbəri Artyom Sıtnikin qanunsuz hasilatla bağlı açıqlamasına cavab verib. Sıtkin bu məsələdə MKİ-nin yardımından istifadə etdiyini bildirmişdi.
Lutsenko qeyd edib ki, Sıtkin bu açıqlama ilə öz işindəki problemləri gizlədəcəyini düşünür.