5 Dekabr 2017 01:45
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən prezidenti Abdurrabbu Mansur Hadi Husilər tərəfindən öldürülən sabiq prezident Ali Abdullah Salihin tərəfdarlarına çağırış edib.

Teleqraf.com xəbər verir ki, Mansur Hadi mərhum prezidentin silahdaşlarına Yəmən ordusu ilə birlikdə Husilərə qarşı mübarizə aparılmasını təklif edib.

"Gəlin yeni bir səhifə açaq və bu irqçi cinayətkar təşkilatı yox eləmək üçün əl-ələ verək. Yəmən xalqının bu cinayətkar dəstələrdən çəkdikləri bəsdir. Hər kəs birləşib, bir bayraq altında Husilərə qarşı döyüşməlidir. Biz sizlərlə eyni yoldayıq, hədəfimiz eynidir. Terrorçulardan, iranlı milislərdən qurtulmağın zamanıdır", deyə prezident bildirib.

Husilərin lideri Abdulməlik əl-Husi təşkilata aid "Əl-Məsirə" televiziyasına açıqlamasında öldürülən sabiq prezident Salihi sədaqətsizlik və xəyanətdə ittiham edib: "Düşmənin güclənməsini hədəfləyən plan alt-üst oldu. Üç ildir müttəfiq olmağımıza baxmayaraq Salihin bizə xəyanət etdiyini anladıq. Salihi ölümə Birləşmiş Ərəb Əmirliyi sürüklədir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər