Soyuq müharibə dövrünün ən böyük casus qalmaqalının qəhərmanı Kristin Kiler Londonda vəfat edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o 76 yaşında uzun sürən xəstəlikdən sonra xəstəxanalardan birində ölüb.
Məlumatlara görə, Kiler 1963-cü ildə eyni vaxtda Böyük Britaniyanın o dövrkü müdafiə naziri Con Profyu və Sovet hərbi-dəniz attaşesi Yevgeni İvanovla sevgili olub.
O zaman modellik edən Kiler Britaniyanın bütün məxfi məlumatlarını Sovet İttifaqına ötürürmüş.
Ancaq barəsində aparılan araşdırmalar zaman bu fakt sübuta yetirilməyib. Buna baxmayaraq, Profyu istefa verməyə məcbur olub.