7 Dekabr 2017 00:16
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını qınayır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında qeyd edib.

"Biz ABŞ Administrasiyasının Yerusəlimin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Yerusəlimə köçürülməsinə dair məsuliyyətsiz bəyanatını qınayırıq", deyə nazir qeyd edib.

M.Çavuşoğlu əlavə edib ki, ABŞ prezidenti Donald Trampın qərarı beynəlxalq hüquq və BMT-nin qətnamələrinə ziddir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər