ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarından sonra Fələstin dövləti Ağ Evin münaqişənin həllilə bağlı vasitəçiliyindən imtina edib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bəyan edib:.
“Son ana qədər inanmırdıq ki, Tramp bu cür təhlükəli addım atacaq. Düşünürəm ki, bu regionu cəhənnəmə qərq edəcək. Ərəb dünyası liderlərindən heç kim bu qərarı qəbul etməyəcək”.