Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili ittihamlara cavab verməlidir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Petro Poroşenko deyib.
O bildirib ki, əgər Saakaşvili ittihamlara cavab vermirsə, bu, şübhə üçün zəmin yaradır.
Qeyd edək, Ukrayna Baş Prokurorluğu Saakaşviliyə qarşı dövlət çevrilişinə cəhd, cinayətkar qruplaşmalara kömək və onların cinayətlərinin gizlədilməsi maddəsi ilə ittiham irəli sürüb.