11 Dekabr 2017 12:02
3 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qüds qərarından məmnun olduğunu bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bu qərarın bölgədəki sülh prosesinə zərər verməyəcəyini qeyd edib.

Netanyahu Trampın qərarının həqiqəti əks etdirdiyini deyib.

O, Ərdoğanın qərarla bağlı fikirlərinə də münasibət bildirib:

“Öz ölkəsində kürdləri bombalayan, jurnalistləri həbs etdirən, İranın beynəlxalq sanksiyalardan kənar fəaliyyətinə yardım edən, Qəzza da daxil olmaqla beynəlxalq terrorçulara dəstək verən bir liderdən əxlaq dərsi almağı düşünmürük”.

Qeyd edək ki, Ərdoğan İsriali işğalçılıqda günahlandırmışdı. Trampın qərarına etiraz edən 14 yaşlı fələstinlinin 25 İsrail əsgəri tərəfindən vəhşicəsinə döyülməsinə diqqət çəkən Türkiyə prezidenti bunu vicdansızlıq adlandırmışdı.


Müəllif: Samir

Oxşar xəbərlər