"ABŞ İraq və Suriyada İŞİD terror qruplaşması üzərində qələbəyə nail olub".
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidenti Donald Tramp çıxış edib.
2018-ci il üçün müdafiə büdcəsinin imzalanma mərasimində çıxış edən Tramp İraq və Suriyada İŞİD üzərində tam qələbə qazandıqlarını, lakin silahlıların ətraf bölgələrə yayıldığı deyib.
Trampın sözlərinə görə, son 8 ay ərzində İŞİD-lə mübarizədə qazanılan uğurlar, Barak Obamanın bütün xidmət müddəti boyu əldə etdiklərindən daha çoxdur.