İsrail polisi korrupsiya işi üzrə yeddinci dəfə baş nazir Benyamin Netanyahunu dindirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, dindirilmə baş nazirin Qüdsdəki ofisində aparılıb.
Xatırladaq ki, Netanyahu ilk dəfə yanvarın 2-də polisə ifadə verib.
O və ailə üzvləri sahibkarlardan yüz minlərlə şekel dəyərində hədiyyələr almaqda ittiham olunurlar.
Netanyahu bütün ittihamları rədd edib.