ABŞ-da həbsdə olan Azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı aparılan araşdırma çərçivəsində Türkiyədə 3 nəfər həbs edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İstanbul Respublika Prokurorluğu qərar qəbul edib.
Zərrabın köməkçiləri Sinem Arslan, Reqaib Akol və Mustafa Hacısalehoğlu qərardan sonra həbsxanaya göndərilib.