17 Dekabr 2017 23:39
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada İctimai Rəy Fondu (FOM) 2018-ci ildə ölkədə keçiriləcək prezident seçkilərilə bağlı sorğu keçirib.

Teleqraf.com xəbər verir ki, FOM respondentlərə "kimin prezident olmasını istərdiniz" sualı ilə müraciət edib.

Rəyi öyrənilənlərin 81 faizi Vladimir Putini daha 5 il prezident kimi görmək istədiklərini bildirib. İkinci yeri, 8 faiz səslə Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski, 4 faiz səslə Kommunist Partiyasının lideri Gennadi Züqanov üçüncü yeri tutub.

Putinin rəqibi, teleaparıcı Kseniya Sobçak cəmi bir faiz səs yığıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər