21 Dekabr 2017 12:53
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Səudiyyə Ərəbistanı arasındakı gərginlik son günlər Yəmən və ABŞ Prezidenti Donald Trampın Qüds qərarından sonra daha da artıb. Bölgədəki hər qarışıqlığın arxasından çıxan ingilislər isə bu gərginliyi müharibə ilə nəticələndirmək üçün yeni xəbərə imza atıb.

Teleqraf.com xəbər verir ki, BBC telekanalı “Səudiyyə ilə İran müharibə etsə, nə baş verəcək?” başlıqlı yazısında iki ölkənin hərbi güclərini qarşı-qarşıya qoyub.

BBC mütəxəssisləri iki ölkə arasında baş verə biləcək döyüşlərin ssenarisini yazıb:
“İki ölkə arasında döyüşlər hava əməliyyatları ilə başlayacaq. İran hava donanması köhnəlmiş olsa da, yaxşı baxıldığı üçün Səudiyyəyə kifayət qədər ağır zərbə endirə bilər.

Ancaq Səudiyyənin də hava donanması müasir F-15 qırıcıları ilə təchiz olunduğu üçün çox güclüdür. Buna görə də ər-Riyad hava mübarizəsində İrana qalib gələcək.

Raket məsələsini nəzərə alsaq, məsələ bir az daha dərinləşir. İranın ballistik raketə sahib olması Səudiyyənin şəhərlərini təhlükə altına qoyur.

Hər iki ölkə elektrikə və içməli suya olan tələbatını daxili imkanları hesabına ödəyir. Həm Səudiyyədə, həm də İranda enerjinin əsas mənbəyi olan neft quyularının üzəri açıqdır və havadan qorunmur. Bu, müharibədə həlledici rol oynaya bilər. Belə bir addım tək iki ölkəyə deyil, bütün dünyaya ağır zərbə deməkdir. Çünki İran və Səudiyyənin dünya bazarında xüsusi yeri var”.


Müəllif: Samir